Texniki təhlükəsizlik, Yanğın təhlükəsizliyi və mühəndislik sahəsində geniş spektrli xidmətlər
Normativ uyğunluq, Xidmətlər Azərbaycan Respublikasının yanğın təhlükəsizliyi qaydaları, eləcə də beynəlxalq standartların (NFPA, EN, ISO) tələblərinə uyğun həyata keçirilir..
Mövcud yanğın və təhlükəsizlik sistemlərində yaranan istənilən texniki nasazlığın diaqnostikası. Yanlış həyəcan siqnallarının qarşısının alınması və sistemin stabil işinin təmin edilməsi.
Taxta konstruksiyaların xüsusi odadavamlı maddələrlə hopturularaq yanğına qarşı davamlılığının artırılması. Bu proses taxta konstruksiyaların yanğına davamlılıq xüsusiyyətlərini artırır.
Elektrik naqillərinin və paylayıcı lövhələrin yoxlanılması, qısaqapanma risklərinin aradan qaldırılması. Torpaqlama və naqillərin sınaq prosesi.
Qüvvədə olan Qanunvericiliyin tələblərinə uyğun şirkətlərdə Əməyin Mühafizəsi və Yanğın Təhlükəsizliyinə dair sənədləşmənin tərtib edilməsi. Yanğın Təhlükəsizliyi və Əməyin mühafizəsinə dair nəzəri və praktiki dərslərin keçirilməsi
iş yerində mövcud olan fiziki, kimyəvi, bioloji, ergonomik və psixososial amillərin ölçülməsi, təhlili və qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğunun qiymətləndirilməsi
Sprinkler başlıqlarının vizual yoxlanması və təmizlənməsi, Boru xətlərinin sızma və mexaniki zədələrə görə yoxlanması, Su təzyiqinin və axının ölçülməsi, Nəzarət klapanlarının (control valve) sınağı, Nasos stansiyasının (fire pump) test edilməsi.
Kiçik həcmli havalandırma sistemlərinin təmizlənməsi toz, yağ və çirklənmənin aradan qaldırılması ilə hava sirkulyasiyasını bərpa edir və sağlam mühit təmin edir. Proses daxili kanalların, filtrlərin və ventilyatorların xüsusi alətlərlə mexaniki təmizlənməsini əhatə edir. Bu xidmət restoranlar, ofislər və yaşayış sahələrində iş effektivliyini artırmaq üçün müntəzəm (adətən 6-12 aydan bir) həyata keçirilməlidir.