Təhlükəsiz gələcək üçün peşəkar həllər
FireTechSolutions, Yanğın təhlükəsizliyi və mühəndislik sistemləri sahəsində fəaliyyət göstərir. Bizim əsas məqsədimiz, insanların həyatını və əmlakını qorumaq üçün ən son texnologiyaları tətbiq etməkdir.
Bizim komandamız, yerli və beynəlxalq sertifikatlara malik təcrübəli mühəndislərdən ibarətdir. Biz hər bir layihəyə fərdi yanaşır, müştərilərimizin istəklərini və təhlükəsizlik normalarını nəzərə alaraq optimal həllər təklif edirik.
Cəmiyyətimizin təhlükəsizliyini təmin etmək üçün innovativ yanğın mühafizə sistemlərini, eləcədə, SƏTƏM həllərini əlçatan etmək.
İstifadə etdiyimiz bütün avadanlıqlar beynəlxalq keyfiyyət standartlarına cavab verir.
Görülən işlərə və quraşdırılan sistemlərə tam zəmanət veririk.
Nasazlıqların aradan qaldırılması üçün 24/7 xidmətinizdəyik.